Haqqımızda

AMEA Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. Uzun illər Botanika İnstitutunda 3 cəmiyyət fəaliyyət göstərmişdir: Azərbaycan Botaniklər Cəmiyyəti, Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyəti. Azərbaycan Botaniklər Cəmiyyəti 1999-cü ildən müstəqil fəaliyyətə başlamışdır. 2005-ci ildə Azərbaycan Botaniklər Cəmiyyətinin bütün özəklərində Cəmiyyətin Yeni Nizamnaməsi müzakirə edilmiş, ayrı-ayrı şöbələr üzrə say tərkibi müəyyənləşdirilmiş və ümumi forma üzrə cəmiyyətə üzvlük vəsiqələri hazırlanmışdır. Azərbaycan Botaniklər Cəmiyyətinin hər il ümumi və büro iclası keçirilmişdir. Bu iclaslarda ayrı-ayrı filialların sədrlərinin hesabatları, botaniki yeniliklər və dəyişiklər haqqında məlumatlar, o cümlədən xarici səfərlər barədə məruzələr dinlənilmiş və müzakirə edilmişdir. 22 iyun 2018-ci ildə Respublika botaniklərinin iştirakı ilə keçirilən Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağıda Cəmiyyətin Nizamnaməsinin II redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub. 7 aprel 2022 ci il tarixində AMEA-nın Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda cəmiyyətin İdarə heyətinin yenidən seçilməsi, rəsmi internet səhifəsinin bərpası, loqosu və çap işlərinin formatına dair geniş müzakirələr aparılıb. Səsvermə yolu ilə ABC ictimai birliyinin sədri Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov, məsul katibi b.ü.f.d. Nuri Mövsümova seçilib. Maliyyə məsələləri isə b.ü.f.d. Gülnar Qasımovaya həvalə edilib.

İDARƏ HEYYƏTİ
Sədr:
Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov

Həmsədr:
Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva

Müavinlər:
AMEA-nın həqiqi üzvü: Tariyel Talıbov
AMEA-nın müxbir üzvü: Elşad Qurbanov
AMEA-nın müxbir üzvü: Vaqif Novruzov

Məsul katib:
b.ü.f.d. Nuri Movsümova

Cəmiyyətin üzvləri

img

Akademik Hüseynova İradə Məmməd qızı.

AMEA-nın Vitse-prezidenti

Hüseynova İradə

AMEA «Malekulyar Biologiya və Biotexnologiyalar» İnstitutunun direktoru
img

b.e.n. Məmmədova Zülfiyyə Cəlal qızı.

«Botanika və bitki fiziologiyası» kafedrasının dosenti

Məmmədova Zülfiyyə

BDU «Biologiya» fakultəsi «Botanika və bitki fiziologiyası» kafedrasının dosenti
img

b.e.d., dosent. Vahid Sabir oğlu Fərzəliyev

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri.

Fərzəliyev Vahid

Ekologiya Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri.
img

b. ü. e. d., dosent Nəbiyeva­­­­­­­­­­­­­ Fatmaxanım Xalid qızı.

AMEA Botanika İnstitutu “Etnobotanika” şöbəsi baş elmi işçi

Nəbiyeva­­­­­­­­­­­­­ Fatmaxanım

AMEA Botanika İnstitutu “Etnobotanika” şöbəsi b.e.i.
img

b.e.d. Bayramova Aynur Akif qızı.

Gəncə Dövlət Universiteti Botanika kafedrasının professor əvəzi

Bayramova Aynur

Gəncə Dövlət Universiteti Botanika kafedrasının professor əvəzi
img

b.e.d., professor Elman Osman oğlu İskəndər

Mərkəzi Nəbatat Bağının «Oduncaqlı bitkilər» laboratoriyasının müdiri

Elman İskəndər

Mərkəzi Nəbatat Bağının «Oduncaqlı bitkilər» laboratoriyasının müdiri
img

professor Qurbanov Maqsud Rüstəm oğlu.

Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü

Qurbanov Maqsud

Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü
img

b. e. d., dosent Mehdiyeva Naibə Pirverdi qızı.

AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri

Mehdiyeva Naibə

AMEA Botanika İnstitutunun Ekosistemlər şöbəsinin müdiri
img

b. e. d., professor İbrahimov Əliyar Şahmərdan oğlu

AMEA Botanika İnstitutu “Etnobotanika” şöbəsi elmi məsləhətçi

İbrahimov Əliyar

AMEA Botanika İnstitutu “Etnobotanika” şöbəsi e.m.