AR ETN Botanika İnstitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs, Dendrologiya Bağı Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
İclasda cəmiyyətin sədri, b.e.d., professor Səyyarə İbadullayeva gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Cəmiyyətin gələcək fəaliyyətinə dair müzakirələr aparılıb və maliyyə məsələləri ilə bağlı 3 illik hesabat üzvlərin diqqətinə çatdırılıb. Sonda ABCİB-nin həmsədri, b.e.d., professor Şakir Qasımov, Naxçıvan MR üzrə müavini, akademik, b.e.d., professor Tariyel Talıbov və Gəncə üzrə müavini AMEA - nın müxbir üzvü, b.e.d., professor Vaqif Novruzov təklif və tövsiyələrlə çıxış ediblər.
İyunun 17-də AR ETN Botanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirin açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici (Macarıstan, Pakistan, Çin, Türkiyə) alimlər, mütəxəssislər iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq bildirib ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə respublikada bitki örtüyü və meşələrin müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın idarə edilməsində meşələrin rolunu müəyyənləşdirməkdir. Professor Azərbaycanın meşə örtüyü haqqında məruzəsində meşələrin ümumi sahəsi, antropogen təsirlərin və iqlim dəyişmələrinin meşə ekosistemlərinə təsiri, habelə işğal dövründə törədilən yanğınlar nəticəsində Qarabağın meşə fondunun məhv edilməsi və s. problemləri vurğulayıb. Sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Zhang Yuanminq, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Péter Ódor, Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin dosenti, Dr. Muhammad Zafar çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfransın plenar hissəsində xarici və yerli alimlərin təqdimatında məruzələri dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub. Konfransın davamında Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçiriləcək. Tədbir iyunun 19-da meşə ərazilərinə ekspedisiya ilə başa çatacaq.
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi (ABCİB) və Axıska Türkləri Sosial Dayanışma Dərnəyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanma mərasimi AR ETN Botanika İnstitutunda baş tutub. ABCİB-nin sədri, professor Səyyarə İbadullayeva və Axıska Türkləri Sosyal Dayanışma Dərnəyinin direktoru, İskəndər Paşa tərəfindən imzalanan memorandum 5 il müddətində qüvvədə qalacaq. Memoranduma əsasən elmi konfransların, simpoziumların və seminarların, iş görüşlərinin, sərgi və forumların birgə təşkili, elmi məlumatların və nəşrlərin mübadiləsi planlaşdırılır. ABCİB-nin sədri, professor S.İbadullayeva yeni memorandum münasibəti ilə cəmiyyət üzvlərini təbrik edib və bu addımın elmi əlaqələrin genişlənməsinə hədəfləndiyini deyib. Axıska Türkləri Sosyal Dayanışma Dərnəyinin direktoru, İskəndər Paşa Azərbaycanlı botaniklərlə bir arada olduğundan məmnunluğunu ifadə edərək, sənədin dərnək üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.